Noyabrın 15-i saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə qəza törədib.

Mia.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, qəza 1956-cı il təvəllüdlü Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib.

Hadisədən dərhal sonra A.Maqsudov A.Acaloğlunu Sabunçu Rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A.Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

***

Bakıda tanınmış alim Arif Acaloğlunun həlak olduğu yol qəzasını törədən şəxsin kimliyi məlum olub.

Məlumata görə, onu vuran “Mercedes” markalı avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

***

Bakıda tanınmış alim yol qəzasında vəfat edib.

Mia.az xəbər verir ki, professor Arif Acaloğlu yol qəzasında həlak olub.

Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Sürücü "Mercedes" markalı avtomobil ilə H.Əliyev prospekti Mərdəkan istiqamətində hərəkətdə olarkən stadionla üzbəüz yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Qeyd edək ki, türkoloq alimin, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlunun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dəvəti ilə konfransda iştirak üçün Bakıya gəldiyi bildirilir(APA).