"Zəhra Clinic" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi dəyişib.
Məlumata görə, Paşazadə Vəfa Allahşükür qızını Hüseyn Fərid Fikrət oğlu əvəzləyib.
V. Paşazadə 26 oktyabr 2017-ci ildən klinikanın qanuni təmsilçisi idi. Həmçinin klinikanın nizamnamə kapitalı 100 manatdan, 200100 manata qaldırlıb.
Xatırladaq ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır(Qaynarinfo)
Onu da qeyd edək kii, bu günlərdə Şeyxin oğlunun da Türkiyədən ta Maltaya qədər biznesi barədə sənədlər yayılıb.
MİA.AZ