Həbsdən yeni azad olunan Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev yeni işə başlayıb.

Məlumata görə, İ. Ağayev Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji klinikasının direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İmran Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur((Unikal).

Xatırladaq ki, 2021-ci il aprelin 22-də İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VİP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham olunaraq həs edilmişdi. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilsə də, Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə, Ali Məhkəmə isə 3 ilə endirmişdi. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdə iki hissəsi tamam olub və İmran Ağayev şərti azadlığa buraxılıb.

MİA.AZ