Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonu, Novoivanovka kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.
Məlumata görə, yanğın hələ də davam edir(Report)
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların əməkdaşları cəlb olunub.
Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Amma alovun Novoivanovka kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür.
***
Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın başlayıb.
Mia.az xəbər verir ki, bu barədə Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov açıqlama verib.
O bildirib ki, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.