Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində bir ədəd kəllə sümüyü aşkarlanıb.
Mia.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-də Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü aşkar olunub.
Faktı ilə bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.