İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.

Mia.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib: "Mentorluq proqramı çərçivəsində keçirdiyimiz görüşdə gənclərin fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər, idarəçilik bacarıqlarının artırılması üçün effektiv metodlar, əldə edilən təcrübə və biliklərin tətbiqi barədə fikirlərimizi bölüşdük".