"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Tani İsrail və HƏMAS arasında vasitəçilik və gərginliyin azaldılmasında mühüm rol oynaya bilərlər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.

Məlumaat görə, Şolts Bundestaqda (Parlament - Mia.az) İsrail və Fələstin arasındakı münaqişələrlə bağlı çıxış edib.

Bölgədəki hər kəsi İsrailə qarşı düşməncəsinə hərəkətlərdən çəkinməyə çağıran Şoltsun sözlərinə görə, Almaniyanın bu məslədə mövqeyi qətidir: "Bizim mesajımız aydındır, İsrailə hücum etmək bağışlanmaz bir səhv olardı".

O, Qəzza ilə də əlaqə kanalları olan Misir prezidenti əs-Sisi ilə yaxın təmasda olduğunu və bu gün Türkiyə prezidenti Ərdoğanla görüşəcəyini, həmçinin Qətər əmirini Berlində qəbul edəcəyini qeyd edib. 

Ölkəsində əhəmiyyətli bir vasitəçi rolu olduğunu və bundan istifadə etdiyini ifadə edən kansler bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Tani mövcud vəziyyətə vasitəçilik və gərginliyin azaldılmasında əhəmiyyətli rol oynaya bilərlər: "Bu dramatik vəziyyətdə kömək edə biləcək bütün kanallardan istifadə etməmək məsuliyyətsizlik olacaq".

Fələstin prezidenti Mahmud Abbası HƏMAS-ın hücumlarını qınamadığına görə tənqid edən Şoltsun sözlərinə görə, buna görə Fələstinə yardımı dayandıracaqlar: "Mahmud Abbasın susması utancvericidir və biz buna görə Fələstindəki bütün əməkdaşlığımızı araşdıracağıq. Bizim üçün əsas layihələrimizin bölgədə sülhü dəstəkləyib-dəstəkləməməsini bilməkdir. Hamı bilməlidir ki, İsrailin təhlükəsizliyinə ən yaxşı şəkildə xidmət edəcəyik. İsrailin təhlükəsizliyi Almaniyanın dövlət məsələsidir".

HƏMAS-ın İranın dəstəyi olmadan İsrailə hücum edə bilməyəcəyini müdafiə edən Şolts etiraf edib ki, bu istiqamətdə hələlik dəilləri yoxdur: "HƏMAS-ın bu alçaq hücumuna İranın konkret və operativ dəstək verdiyinə dair hələ konkret dəlillərimiz yoxdur. Ancaq İran rejimindən və İrandan heç bir xoş səda gəlmir. Onların bəyanatları iyrəncdir. Tehran rəhbərliyi həyasızcasına öz əsl simasını göstərir və bununla da Qəzzada rolunu təsdiqləyir". 

İranın da HƏMAS kimi Hizbullah ilə yaxın əlaqələri olduğunu ifadə edən Şoltsun iddiasına görə, bu, İsrailin varlıq haqqını da şübhə altına alır: "Yeri gəlmişkən, "Hizbullah" münaqişələrə qarışmamalıdır. Bu, təkcə İsrailin haqlı və sərt reaksiya verməsinə səbəb olmayacaq. Livan əldə edilmiş razılaşmaya əməl etməlidir. Əks halda bu, hərəkətləri ilə uçurumun kənarına gələcək".

Tahir Şəlvəli

MİA.AZ