Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, müəssisəyə rəhbərlik Rəşad Əhədova tapşırılıb. Əhədov bundan əvvəl də Penitensiar Xidmətdə müxtəlif vəzifələrdə çalışıb.

Məlumat üçün bildirək ki, 9 saylı cəzaçəkmə müəssisəsində keçmiş yüksəkvəzifəli məmurlar və generallar saxlanılır. Onların arasında generallar-Bəkir Orucov, Əhməd Əhmədov, Elçin Quliyev, Nizami Şirinov, cinayətlərinə görə general rütbəsindən məhrum edilmiş Mövlam Şıxəliyev, həmçinin keçmiş baş prokuror Eldar Həsənov da var.

MİA.AZ