Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı qandallayıblar.

Mia.az xəbər verir ki, onun hüquqlarını istintaqda azərbaycanlı vəkil Alov Səfərəliyev müdafiə edəcək.

Bu arada isə "Qafqazinfo" onunn həbs görüntülərini yayıb.

Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib