2024-cü ilin martında keçiriləcək bələdiyyə seçkilərinə aylar qalsa da, artıq Türkiyədə seçkkii havası səməyə başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2024-cü ilin mart ayının 31-də keçiriləcək seçkilərlə bağlı ORC Araşdırma Mərkəzi maraqlı sorğu keçirib.
Ölkənin 42 şəhərdə 6100 nəfərin iştirakı ilə keçirilən sorğuda sual belə qoyulub: "Partiyalar seçkiyə ittifaqsız girərsə, hansı partiyaya səs verəcəksiniz?".
Açıqlanan nəticəyə görə, respondentlərin 32,4 faizi Ərdoğöanın lideri olduğu AK Partiyaya, 27 faizi Kamal Kılıçdaroğlunun sədri olduğu CHP-yə, 14 faizi MHP-yə səs verəcəklərini deyiblər.
Son aylar daha iddialı davranan Meral akşenerin İYİ partiyasına isə cəmi 7.1 faiz "hə" deyib.
Halbuki İYİ Partiyası 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində 7,5 faiz səs toplayıb.
Beləliklə, digər partiyaların səs faizi ilə aşağıdakı cədvəldən tanış ola bilərisiniz:
Samir MUSAYEV
MİA.AZ