"Ukrayna ilə danışıqlara müsbət yanaşıram. Ancaq Rusiyanın bu savaşdakı məqsədi dəyişməyib. Ordumuz cəbhə xəttində irəliləməyə davam edir"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ladoqa gölündəki Valaam adasındakı görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Putin bildirib ki, Ukrayna ilə İstanbul davam edən danışıqları müsbət qiymətləndirir: "Əlbəttə, danışıqlar davam edəcək. Razıyam ki, bu prosesə həm Rusiya, həm də Ukraynanın təhlükəsizliyinə ümumavropa təhlükəsizliyi kontekstində baxılması məntiqlidir".

Putin əlavə edib ki, iki ölkənin mümkün güzəştləri müzakirə etmək üçün işçi qrupları yaradacağına ümid edir.

Ukrayna prezidenti Zelenski Putinin mesajına operativ reaksiya verib.

O, müharibəni dayandırmaq üçün heyətlərarası görüşlərdən liderlərarası danışıqlara keçməyin vaxtınn çatdığını dilə gətirib: "Biz Rusiyanın bəyanatlarını eşidirik və əgər bu, onların müharibəni ədalətli şəkildə bitirməyə və həqiqətən də davamlı sülhə nail olmağa ciddi hazır olduqlarının əlamətidirsə və sadəcə olaraq, daha çox vaxt udmaq və sanksiyaları təxirə salmaq cəhdi deyilsə, o zaman Ukrayna istənilən vaxt liderlər səviyyəsində danışıqlara hazır olduğunu bir daha təsdiqləyir”.

Samir MUSAYEV
MİA.AZ