“Ermənistanın 30 il ərzində davam edən işğalı Azərbaycanın 8 şəhər, yüzlərlə kəndinin tamamilə yox olmasına səbəb olub”.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, Azərbaycan dövləti tərəfindən maliyyələşdirilən, indiyədək misli görünməmiş bərpa prosesi işğaldan azad edilmiş əraziləri dirçəldir.