CHP daxilində gərginlik böyüdükcə, yeni sədr məsələsi aktuallaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu günlərdə CHP ilə bağlı diqqətçəkən bir sorğu keçirilib.
Məlumata görə, AKP Araşdırma Mərkəzinin CHP-lilər arasında keçirdiyi sorğuda belə sual qoyulub: "Partiyanızda ən etibarlı siyasətçi kimdir?".
Bu suala cavab verən respondentlərin 55,7 faizi Özgür Özel, 53 faizi Əkrəm İmamoğlu, 44.1 faizi isə Mustafa Sarıgül deyib.
Maraqlıdır ki, CHP-lilər bu dəfə Ankara Böyükşəhər Bələdiyyə sədri Mənsur Yavaşa o qədər də inamla yanaşmayıblar.
Sorğunun nəticəsi ümumilikdə aşağıdakı cədvəldəki kimi olub:
Lamiyyə
MİA.AZ