İqbal Ağazadənin sədri olduğu Ümid Partiyası təkrar qeydiyyata alınmayıb.
Bu barədə partiyadan Mia.az-a veirlən məlumata görə, Ədiyyə Nazirliyi bu barədə partiyaya məktub göndərib.
Məktubda nazirliyə təqdim olunan 5200 nəfərlik siyahıda bəzi üzvlərin partiya üzvü olmadığı qeyd olunub: "Eyni zamanda, bəzilərinin koordinatlarının düzgün qeyd olunmadığına irad tutulub və sair. Nazirlik bu və ya digər nöqsanları aradan qaldıırmaq üçün "Ümid"ə bir ay vaxt verib".
Tahir
MİA.AZ