Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədovun səhhətinə problem yaranıb.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumatda onun insulit keçirdiyi bildirilir.
Xəbəri dəqiqləşdirmək üçün AMİP sədri Arzuxan Əlizadə ilə əlaqə saxladıq.
O, məlumatın yalan olduğunu bildirib: "Belə məlumatlar olur, hərə bir cür şər atır. Bir az bundan əvvəl zəng edib mənə dedilər. Yalandır".
MİA.AZ