Litvanın paytaxtı Vilnüsdə NATO Sammitinin ikinci günündə də mühüm müzakirələr aparılır.

Mia.az NTV-yə istinadla xəbər verir ki, bugünkü iclasda 31 üzv ölkənin liderlərindən başqa, İsveç də NATO üzvlüyünə dəvət olunan ölkə kimi iştirak edir. 

Bundan əlavə, NATO-nun Hind-Sakit okean tərəfdaşları Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya və Avropa İttifaqı (Aİ) də iclasda təmsil olunurlar.

İclasın açılışında çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO Avropa və Atlantikada regional ittifaqdır, lakin üzləşdiyi problemlər qlobal xarakter daşıyır. 

Stoltenberq Avro-Atlantik və Hind-Sakit Okean regionlarında baş verən hadisələrin bir-biri üçün əhəmiyyətli olduğunu, Ukraynadakı müharibənin qlobal əks-səda doğurduğunu, terror və kiber təhdidlərin sərhəd tanımadığını, avtoritar rejimlərin getdikcə yaxınlaşdığını sözləriə əlavə edib: “Biz qaydalara əsaslanan qlobal nizam üçün birlikdə olmalıyıq”.

Lamiyə Əhmədli

MİA.AZ