Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İsrail Dövlətinin müdafiə naziri cənab Yoav Qallant ölkəmizə rəsmi səfər edəcək.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Y.Qallantın İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.