Fevralın 6-da Hatayda baş verən zəlzələdə çökən binanın altında qalan "Hatayspor" futbol klubunun idman direktoru Taner Savutu bu gün İzmirdə dəfn olunub.

Mia.az xəbər verir ki, onun dəfn mərasimində idman, siyasət və digər sahələrdən yüzlərlə insan qartılıb.

Tabutuna çiyin verib daşıyanlar arasında Türkiyə milli komandasının keçmiş qapıçısı, hazırda "Hatayspor"un baş məşqçisi olan Volkan Dəmirəl də olub.

Xatırladaq ki, idman direktorunun cəsədi dağıntlılar altından dünən çıxarılıb. Lakin bu gün yayılan məlumata görə, onun meyiti dağıntılar altından çıxarılan başqa bir meyitlə qarışdırılaraq Adanaya aparılıb. Ancaq son anda barmağındakı üzükdən meyitlərin səhv düşməsi anlaşılıb. Və o, geriyə qaytarılaraq bu gün dəfn edilib.

Xatırladaq ki, 49 yaşlı idman direktorunun iki uşağı var.

Fərid,

MİA.AZ