"Qalatasaray"ın argentinalı ulduz hücumçusu Mauro Ikardi Türkiyədən ayrılır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, mövsümün əvvəlində PSJ-dən icarəyə götürdüyü Mauro İkardinin transfer hüququnu da almaq istəyən "Qalatasaray"a bəd xəbər gəlib.
Məlumata görə, İtaliyanın nəhəng klubu “Milan”a argentinalı uduzu heyətinə qatmaq üçün hərəkətə keçib: "İkardi də İtaliyaya dönmək istəyir. O, "Qalatasaray"da oynamağa əvvəlki kimi isti yanaşmır".
Türkiyə mətbuatı yazır ki, "Qalatasaray" 12 maçtada 9 qol atıb, 6 ötürmə verən qolçunu çempionluq yarışında ən vacib silahı sayır. O üzdən onu buraxmaq istəmir: "Hazırda futbolçu və onun transfer hüququna sahib olan PSJ ilə yenidən danışıqlar aparılır".
Fərid,
Mia.az