Bu gün dünya çempionatında Argentina və Xorvatiya yığmaları üz-üzə gəlib.
Mia.az xəbər verir ki, oyunun 34-cü dəqiqəsində Messi penaltidən hesabı açıb - 1:0
Argentinalı hücumçu Xulian Alvares 39-cu dəqiqədə xorvatların qapısından 2-ci topu keçirib - 2:0
69-cu dəqiqədə isə Argentina daha bir qola imza atıb - 3:0
Oyun bu hesabla bitib.
Beləliklə, Argentina Fransa-Mərakeş oyununun qalibi ilə final oynayacaq.
Xorvatiya isə 3-cü yer uğurunda mübarizə aparacaq.