Bu gün dünya çempionatında Fransa və Mərakeş yığmaları 1/2 finalda üz-üzə gəliblər.
Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayan oyunun 5-ci dəqiqəsində fransızlar hesabı açıb - 1:0
79-cu dəqiqədə fransızlar daha bir qol vurub - 2:0
Oyun bu hesabla başa çatıb və beləliklə, Fransa Argentina ilə finalda oynayacaq.
Mərakeş isə Xorvatiya ilə 3-cü yer uğrunda mübarizə aparacaq.