"Sumqayıt" komandası futbolçusu Araz Abdullayevlə müqaviləni ləğv edib.
Klubun mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, 30 yaşlı yarımmüdafiəçi ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.
Qeyd edək ki, Araz Abdullayev bu ilin yanvarından "Sumqayıt"da çıxış edirdi.