Qətərdə keçirilən dünya çempionatının D qrupunun ikinci turunun Fransa - Danimarka matçı başa çatıb.
Mia.az xəbər verir ki, oyun Fransanın qələbəsi ilə bitib - 2:1.
Matçda hesabı 61-ci dəqiqədə Kilian Mbappenin qolu ilə Fransa açıb. Danimarka 68-ci dəqiqədə Anderas Kristensenlə hesabı bərabərləşdirib.
86-cı dəqiqədə Mbappe yenidən hesabı artırıb.
Beləliklə, ikinci turdan sonra 6 xal yığan Fransa növbəti mərhələyə vəsiqə qazanıb.