Abşeronda avtomobil ana və oğlunu vuraraq öldürüb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 29-da saat 19 radələrində Abşeron rayonu ərazisindəSumqayıt şəhər sakini T.Məhərrəmli idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Aytəkin Fazilli və onun oğlu Xəyalı vurub. Nəticədə hər 2 piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.