"Sabah gecə bələdiyyə seçisi üzrə səsvermənin ilkin nəticələri açıqlanacaq".

Mia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında deyib.

MSK sədri bildirib ki, hətta gecədən keçmiş belə olsa, ilkin nəticə səsləndiriləcək.