Avstriyanın paytaxtı Vyanada azərbaycanəsilli məşhur Fransa fotoqrafı Reza Deqatinin sərgisi açılıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında məlumat paylaşıb: “Qarabağ həqiqətlərini dünyaya çatdıran Reza Deqatinin Vyanadakı “Küldən yüksəliş. Qarabağın intibahı” adlı sərgisində iştirak etdik”.