"Kino, ədəbiyyat, teatr sənəti böyük sənətkarı itirib".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Rüstəm İbrahimbəyovla vida mərasimində deyib.

O bildirib ki, R.İbrahimbəyov çox vaxt Bakıdan uzaqda olsa da, həmişə ürəyi Azərbaycanla döyünürdü: "O əbədi olaraq Azərbaycan torpağına qayıtdı. Onun əsərlərini yaşatmağa ehtiyac yoxdur. Onlar özü yaşayacaq. Rüstəm İbrahimbəyovun yaratdığı "İbrus" Teatrını yaşatmalıyıq".