"Rüstəm İbrahimbəyov həmişə sağlam, enerjili olub. Eşitdiyimə görə ABŞ-a getməyə hazırlaşırmış".
Mia.az xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev jurnalistlərə deyib.
O bildirib ki, Rüstəm İbrahimbəyov onun üçün həm dost, həm də Azərbaycan mədəniyyətinin flaqmanlarından biri olub: "Son dövrlərdə Azərbaycan incəsənətinin yetişdirdiyi iki nəhəng simadan biri vəfat edib. Onların biri Rüstəm İbrahimbəyov, digəri isə Tahir Salahov idi".