Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar Kamil Cəlilov 84 yaşında vəfat edib.
Mia.az xəbər verir ki, o, 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olmuşdu.
Allah rəhmət eləsin!
***
Mərhum Xalq artisti Kamil Cəlilovun dəfn olunacağı yer dəyişdirilib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xalq artisti Kamil Cəlilov bu axşam Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunacaq.
***
Xalq artisti Kamil Cəlilov II Fəxri xiyabanda dəfn olunub.
Mia.az xəbər verirki, dəfn mərasimində rəsmi şəxslər, mədəniyyət və incəsənət xadimləri və mərhumun ailə üzvləri iştirak ediblər.