"Mədəniyyət evlərinin təyinatı üzrə fəaliyyət göstərməməsi halları var"
Bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat Konfransında deyib.
Onun sözlərinə görə, nəzarət sisteminin zəif olması bu sahədə fəaliyyətin daha da gücləndirilməsini lazım edir: "Mənim tapşırığımla regionlarda mədəniyyət evlərində yoxlamalar aparılır. 43 minə yaxın müəssisə var, onların yoxlanılması zaman alan məsələdir. Biz idarəetmə və hesabatlılığı gücləndirməklə, bu problemlərin öhdəsindən gələcəyik"./Report
Nazir əlavə edib ki, kitabxanaların elektronlaşdırılması ümdə vəzifələrimizdən biridir:
Onun sözlərinə görə, kitabxanalar ənənəvi formada aktuallığını itirir.
Mia.az