Salyanda ər arvadını bıçaqlayaraq qətlə yetirib.

Mia.az xəbər verir ki, bu gün səhər saatlarında Salyan rayonunun Yenikənd kəndində qətl hadisəsi baş verib.

49 yaşlı kənd sakini Ənvər Həbulla oğlu İsbəndərov həyat yoldaşı 39 yaşlı Nuranə Eminəli qızı Əliyevanı qətlə yetirib.

Ənvər İsbəndərovun fəhlə işlədiyi, sakit təbiətli insan olduğu deyilir.

O, birinci həyat yoldaşından ayrıldıqdan sonra N.Əliyeva ilə vətəndaş nikahında yaşayıb. Ailənin 17 və 18 yaşlı 2 oğlu var. Hələlik qətlin hansı səbədən baş verdiyi bilinmir.

N.Əliyevanı qətlə yetirməkdə şübhəli bilinən Ə.İsbəndərov saxlanılıb...

Hazırda hadisə yerinə yerli hüquq -mühafizə orqanlarının əməkdaşları toplaşaraq araşdırmalara başlanılıb..

Emil Məmmədov