Bu gün Türkiyənin Bursanın Böyükşəhər Bələdiyyəsinin sədri, CHP üzvü Mustafa Bozbey saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istnadla xəbər verir ki, onunla yanaşı, daha 59 nəfər Bursa Baş Prokurorluğu tərəfindən tutulublar.

Məlumata görə, onlar qanunsuz təşkilat yaratmaq, rüşvət və korrupsiya və sair məsələlərdə ittiham olunublar.

Xəbərə görə, saxlanılanlar arasında onun ailə üzvləri də var.

Firudin Səfərli
MİA.AZ