Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini B.Sadıqov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə ona məxsus “Hyundai” markalı avtomobilin yük yerinə baxış zamanı isə oradan 10 kiloqram 125 qram marixuana götürülüb.