Sumqayıtda qonşular arasında düşən mübahisə ölümlə nəticələnib.
Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində baş verib.
Belə ki, 1972-ci il təvəllüdlü Sevinc Abdullayeva 29 bıçaq zərbəsi ilə kişi qonşusu tərəfindən qətlə yetirilib.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
49 yaşlı qadını qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb/APA.
Faktla bağlı araşdırma aparılır.