Gürcüstanda "oğru dünyası" ilə əlaqəli 13 şəxs saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin şəxslər Tbilisi, Telavi və Kutaisidə həyata keçirilmiş xüsusi əməliyyatlar zamanı yaxalanıblar.
Saxlanılan şəxslərdən 4 avtomobil və silah-sursat maddi sübut kimi müsadirə edilib. Onları 7 ildən 10 ilədək həbs cəzası gözləyir.
Bununla yanaşı, xaricdə yaşayan "Qlexoviç" ləqəbli gürcü "qanuni oğru"ya qiyabi ittiham irəli sürülüb/Report.