Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə iyunun 6-da saat 5 radələrində Buzovna qəsəbə sakini Q.Bağırovun evinə girən şəxsin ona, arvadına və oğluna bıçaqla xəsarət yetirməsi barədə məlumat daxil olub.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Xocalı şəhər sakini A.Əliyev saxlanılıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

***

Bakıda bıçaqlanma ilə nəticələnən kütləvi dava olub.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Buzovna qəsəbəsi, M.Lermontov küçəsində bir neçə nəfər arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı 45 yaşlı Seyidova Elnarə Mirağa qızı, 29 yaşlı Məmmədov Elnur Rəşid oğlu və 24 yaşlı Bağırov Fikrət Qüdrət oğlu bıçaq xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşınları vasitəsilə xəstəxanalara yerləşdiriliblər. Müayinə zamanı onların hər üçünün bədənində çoxsaylı kəsilmiş-deşilmiş yaralar aşkarlanıb/Report.

Fakt araşdırılır.