Gəncədə şirkətdə oğurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin  Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il aprelin 20-dən cari il iyunun 1-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki “Aqrar Tədarük və Təchizat” ASC-dən 2 ton 328 litr süd və 636 litr kompot oğurlamaqda şübhəli bilinən şəhər sakini E.Məmmədov saxlanılıb.