Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi tabel silahı ilə qətlə yetirən yol polisi əməkdaşını həbs edib.

Bu barədə Rusiya İstintaq Komitəsinin Novosibirsk üzrə Baş İdarəsinin nümayəndəsi Anastasiya Kuleşova bildirib.

O, yol polisi baş inspektoru 38 yaşlı Aleksandr Qusev barəsində 28 iyula qədər həbs qətimkan tədbirinin seçildiyini vurğulayıb.

Qeyd edək ki, Vəkil Abdullayevin qətli ilə bağlı saxlanılan polis əməkdaşı Aleksandr Qusev barəsində vəzifə səlahiyyətlərini aşma və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə cinayət işi başlanıb/APA.

Onu da qeyd edək ki, Azərbaycanın Rusiyadakı Səfirliyi hadisənin obyektiv və hərtərəfli araşdırılması üçün Rusiya Federasiyasının aidiyyəti qurumlarına müvafiq müraciət edib.

***

Bu gün Rusiyanın Novosibirsk şəhərində polis 18 yaşlı azərbaycanlı gənci başından güllələyib.

Mia.az xəbər verir ki, bu barədə görüntülər Telegram-da və Rusiya mətbuatında yayılıb.

Görüntülərdən aydın olur ki, polis həmyerlilərimizdən birini saxlayıb. Olaya müdaxilə edən digər həmvətənimz əvvəl fiziki təzyiqə məruz qalır, sonra isə güllə yarası alıb.

Məlumata görə, hazırda güllələnən şəxs xəstəxanadır, vəziyyəti çox ağırdır:

***

Son məlumata görə, Rusiyada başından güllələnən azərbaycanlı Vəkil Abdullayev xəstəxanada vəfat edib.

Bəzi məlumatlara görə, o, Gürcüstanın Dumanisi rayon sakini olub.

Bildirilir ki, faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

Allah rəhmət eləsin!