Bakıda bıçaqlanma hadisəsi baş verib.

Mia.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Qarayev Orxan Elçin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.