Gəncədə qətl hadisəsi baş verib.
Hadisə şəhərin Abbas Səhhət adlanan ərazisində, yaşayış binasının qarşısında qeydə alınıb. Həmin ünvanda 1982-ci il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızını bıçaqlayıb.
Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəni törədən Amanov Qafar Cavanşir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Gəncə Şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır/APA.