Bakıda özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs müəyyən edilərək tutulub.

Mia.az DİN-ə istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin həyata kerdiyi əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan 1986-cı il təvvəllüdlü Elnur Sultanov saxlanılıb. 

Həmin şəxsin əməllərindən zərər çəkənlərin polisə müraciət etmələri tövsiyə olunub.