Saatlı rayon sakinindən odlu silah götürülüb.
Mia.az DİN-ə istinadla bildirir ki, aprelin 8-də Saatlı Rayon Polis Şöbəsinə müraciət edən Mircəlal kənd sakini F.İsmayılov həmin gün sərxoş olan atası İ.İsmayılovun onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələdiyini bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb