Şamaxı rayonunda xuliqanlıq hadisəsi olub.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini R.Kazımov martın 29-da Nağaraxana kəndi ərazisində bir nəfərin onu və tanışı olan 3 nəfəri öldürəcəyi ilə hədələyib tüfəngdən havaya atəş açdığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən kənd sakini S.Əsgərov saxlanılıb. Ondan “BUM” markalı ov tüfəngi götürülüb.