Bu barədə AzVision.az-a açıqlamasında qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov deyib.
"Bu gün Zaur Həsənovun dəfn mərasimində iştirak edəcəyik”-deyən N.Ağamirov AHİK rəhbəri Səttar Mehbalıyevin dəfnində iştirak edib-etməməsindən xəbərsiz olduğunu bildirib.
"Mən hələ heç bir şey deyə bilmərəm, çünki bu barədə hələ ki, məlumatım yoxdur. Amma Həmkarlar İtifaqqının işçiləri gedəcək”.
AHİK-dən əldə etdiyimiz digər məlumata görə, bu barədə Səttar Mehbalıyev işçilərinə dəfndə iştirak etməklə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Həmkarlar Konfederasiyasının binası qarşısında özünü yandıran Qarabağ qazisi Zaur Həsənov ötən gün dünyasını dəyişib.
Mia.az xəbər verir ki, dəfndə AHİK işçiləri görünsələr də, Səttar Behbalıyev iştirak etməyib. Görünür, deputat kütlənin kükrəyən qəzəbindən çox qorxub.