Bakıda quldurluq edən 3 nəfər tutulub.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Hövsan qəsəbə sakini A.Quseyi döyüb mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Quliyev, İ.İzabayeva və A.Bağırov saxlanılıb.