Sabirabad rayonunda xuliqanlıq hadisəsi olub.

Mia.az DİN-ə istinadla bildirir ki, martın 22-də rayonun Sarxanbəyli kəndi ərazisində kənd sakini V.Qurbanov xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açıb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən V.Qurbanov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb.