Ukraynanın paytaxtı Kiyevdə iki Azərbaycan vətəndaşı həbs olunub.

Məlumata görə, Kiyevin Svyatoşinskiy rayon polisi 1985-ci il təvəllüdlü İbrahimov İlqarı və 1980-ci il təvəllüdlü Məlikzadə Təvəkkülü saxlayıblar.

Rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 2 aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılmaya səbəb Ukrayna vətəndaşı Y.K. (qadın) tərəfindən qarət və insanlara hücumla bağlı verdiyi izahat səbəb olub/Report.