Yevlax rayonunda yol qəzası olub.
Mia.az xəbər verir ki, martın 7-də saat 19 radələrində rayon sakini E.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən həmyerlisi S.Əliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.