Sierra Leonedə "Makkari" komandasının 9 futbolçusu və 1 məşqçisi yol qəzası nəticəsində vəfat edib.

Hadisə Bombali bölgəsində baş verib.

Batkanu şəhərindən Makeniyə qayıdan komandanın yer aldığı mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Ölənlərdən əlavə, 20-dən çox oyunçu hadisə nəticəsində xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır.

FIFA və ali futbol qurumunun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib/Report.