Yevlax rayonu ərazisində ağır yol nəqliyyat-hadisəsi baş verib.

Hadisə Yevlax-Bərdə yolunda qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Jeep” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində iki nəfər ölüb.

Müxtəlif bədən xəsarətləri alan üç nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.